Menyu

Ukraynanın dörd vilayətində elektrik enerjisi kəsilib

Nərmin Qocamanlı
Ukraynanın dörd vilayətində elektrik enerjisi kəsilib

Partlayışlar nəticəsində Ukraynanın Kiyev, Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

“Kütləvi atəşlərdən sonra Kiyev, Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərində elektrik enerjisi kəsilib”, - Energetika Nazirliyinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

İdarədən verilən məlumata görə, Kiyev vilayətində elektrik xətlərinin zədələnməsi səbəbindən iki icmada 843 abonent işıqsız qalıb. Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərində də hava elektrik xətləri zədələnib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər