Ukraynanın dörd vilayətində elektrik enerjisi kəsilib
Nərmin Qocamanlı
Partlayışlar nəticəsində Ukraynanın Kiyev, Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
“Kütləvi atəşlərdən sonra Kiyev, Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərində elektrik enerjisi kəsilib”, - Energetika Nazirliyinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
İdarədən verilən məlumata görə, Kiyev vilayətində elektrik xətlərinin zədələnməsi səbəbindən iki icmada 843 abonent işıqsız qalıb. Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərində də hava elektrik xətləri zədələnib.
Teqlər:
"Ukraynan\u0131n d\u00f6rd vilay\u0259tind\u0259 elektrik enerjisi k\u0259silib"