Menyu

“Microsoft” Çindəki işçilərinə iş üçün "Android" smartfonlarından istifadə etməyi qadağan edəcək

Nərmin Qocamanlı
“Microsoft” Çindəki işçilərinə iş üçün "Android" smartfonlarından istifadə etməyi qadağan edəcək

“Microsoft” texnologiya korporasiyası Çin bölmələrinin əməkdaşlarına Android platformasındakı cihazlardan iş məqsədləri üçün istifadə etməyi qadağan edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, "Microsoft" Çindəki işçilərindən sentyabr ayından etibarən iş kompüterlərinə və telefonlarına daxil olarkən şəxsi identifikasiya üçün yalnız "Apple" cihazlarından istifadə etməyi tələb edəcək. Bildirilib ki, "Android" platformasında smartfonlardan istifadə edən bütün işçilər korporasiyadan iPhone15 alacaqlar.

Microsoft nümayəndələri agentliyin bu məlumatla bağlı şərh tələbinə cavab verməyiblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər