Menyu

ABŞ NATO-nun Kiyevin Patriot ilə bağlı müraciətinə müsbət cavab verəcəyini bildirib

ABŞ NATO-nun Kiyevin Patriot ilə bağlı müraciətinə müsbət cavab verəcəyini bildirib

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukraynanın ona əlavə "Patriot" zenit-raket kompleksləri ötürmək istəyinə müsbət cavab vermək niyyətindədir. 

"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib.

"Ukraynalılar aprel ayında NATO-ya müraciət etdilər, onlar alyanslardan yeddi Patriot tələb etdilər və bu istəyə cəbhədə yaxın bir neçə gün ərzində çox müsbət cavab veriləcək", - diplomat Vaşinqtonda keçirilən tədbirdə çıxışı zamanı deyib. 

"İyulun 9-11-də keçiriləcək NATO sammitində Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı bəzi xəbərlər olacaq", - Smit qeyd edib. 

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər