Pentaqon Rusiya ərazisinə hücuma icazə verə bilər
"ABŞ Müdafiə Nazirliyi etiraf edir ki, Vaşinqton Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldıra bilər".
"Operativ Media" xəbər verir ki, bu sözləri brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
"Bizim siyasətimiz dəyişməyib", - Sinq deyib.
Onun sözlərinə görə, ABŞ Rusiya sərhədin o biri tərəfindən hücum etdiyi zaman sərhədi keçərək zərbələr endirməyə icazə verir.
"Münaqişə dəyişdikcə biz dəyişikliklər etdik, siyasətimizi mövcud vəziyyətə uyğunlaşdırdıq. Siz bunu Xarkovda gördünüz və bu, başqa ərazilərdə də baş verə bilər. Lakin bu günə qədər biz dərin zərbələr üçün ATACMS istifadə etməyə icazə verməmişik", - Sinq əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net