İsveçrə və NATO Cenevrədə alyansın ofisinin açılması haqqında saziş imzalayıblar
NATO beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əlaqələri inkişaf etdirmək üçün Cenevrədə ofis açacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası (Hökumət) məlumat yayıb.
Qeyd edilib ki, müvafiq saziş tərəflərin nümayəndələri tərəfindən imzalanıb.
Bəyanatda deyilir ki, NATO Cenevrədə yerləşən beynəlxalq və qeyri-hökumət təşkilatlarını təmsil etmək üçün əlaqə ofisi açır. Bu ofisin hüquqi statusu ilə bağlı saziş bazar ertəsi Berndə İsveçrə Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq Direktorluğunun rəhbəri Frans Perret və NATO-nun Hüquq Məsələləri Bürosunun direktoru Con Svords tərəfindən imzalanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net