Menyu

İspaniya Ukraynaya 10 ədəd Leopard tankı göndərib

İspaniya Ukraynaya 10 ədəd Leopard tankı göndərib

İspaniya hakimiyyəti Ukraynaya 10 ədəd Leopard tankından ibarət yeni partiya hərbi yardım göndərib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"10 ədəd Leopard 2A4 tankının Ukraynaya daşınması prosesi başa çatıb", - idarədən qeyd edilib.

Hərbi yükün gələn həftəsonuna qədər Polşa limanına çatması, bundan sonra isə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.

Belə ki, Madrid artıq Kiyevə 20 ədəd Leopard döyüş maşını göndərib. Daha bir partiya 2024-cü ilin ikinci yarısında Ukraynaya çatdırılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər