Türkiyə XİN İsrail parlamentinin Fələstinlə bağlı qərarını etibarsız adlandırıb
Türkiyə Xarici İşlər Nazirliyi İsrail Knessetinin (parlament) Fələstin dövlətinin yaradılmasını rədd edən bəyannaməsini etibarsız sayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlik bəyanat yayıb.
"İsrail parlamentinin Fələstin dövlətinin yaradılmasını rədd edən qətnamə qəbul etməsi İsrailin beynəlxalq hüquqa və razılaşmalara məhəl qoymadığının növbəti sübutudur", - XİN-in bəyanatında deyilir.
Bəyanatda deyilir ki, paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində müstəqil və suveren Fələstin Dövlətinin yaradılması beynəlxalq hüququn tələbidir.
Knesset daha əvvəl səs çoxluğu ilə Fələstin dövlətinin yaradılmasına qarşı bəyannaməni təsdiqləmişdi. Orada deyilir ki, Fələstin dövlətçiliyi İsrail dövləti və onun vətəndaşları üçün ekzistensial təhlükə yaradacaq.