Pezeşkian qonşularla əlaqələrin gücləndirilməsini xarici siyasətin prioriteti adlandırıb
Qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi İranın və onun yeni hökumətinin xarici siyasət strategiyasında prioritetlər siyahısında yüksək yer tutur.
"Operativ Media" xəbər verir ki, bunu Tehranda Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündə İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
“Qonşu ölkələr və region dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi İran İslam Respublikasının və on dördüncü hökumətin xarici siyasətinin prioritetidir”, - deyə Pezeşkian administrasiyasının saytında bildirib.
"İran regionda mühüm və konstruktiv rol oynayır, biz çox şadıq ki, iki ölkə arasında münasibətlər dostluq şəraitində inkişaf edir", - Kobaxidze qeyd edib.
O, İslam Respublikası ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.