Menyu

BMT Livan və İsrail üçün hərəkətə keçməlidir

Əsəd Abbaslı
BMT Livan və  İsrail üçün hərəkətə keçməlidir

“Livan dövləti, ordusu və müqaviməti İsrail rejiminin bu hücumuna cavab vermək hüququna malikdir və regionda genişlənəcək müharibə və gərginliyə görə ABŞ və İsrail rejimi məsuliyyət daşıyır."

"Operativ Media" xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

Kənani İsrailin Beyruta aviazərbələr endirməsinə münasibət bildirərkən sözügedən hücumun Livanın ərazi bütövlüyünü pozduğunu və Livanın ərazi bütövlüyünə yönəlmiş, həmçinin beynəlxalq hüquqa zidd olan bu hücumu pislədiklərini deyib.

Beynəlxalq ictimaiyyəti və BMT-ni İsrailin hücumları qarşısında məsuliyyəti öz üzərinə götürməyə çağıran Kənani, Livanın təhlükəsizliyi və sülhü üçün BMT-nin hərəkətə keçməsi və İsrailin hücumlarının qarşısını alması üçün çağırış edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər