Türkiyə hökuməti “Instagram”ın bərpası üçün şərtini açıqlayıb
Türkiyədə “Instagram” sosial şəbəkə platformasının bərpa olunması ilə bağlı şərt açıqlanıb.
"Operativ Media" “CNN Türk”ə istinadən xəbər verir ki, bu bərədə müvafiq mənbələr bildirib.
Qeyd olunub ki, bunun üçün əsas şərt “Instagram”ın Türkiyə hökumətinin tələblərini yerinə yetirməsidir: “Əgər “Instagram” paylaşımlara məhdudiyyət qoymasa, bu sosial şəbəkənin ölkə daxilində fəaliyyəti bərpa olunacaq. Əks halda, məhdudiyyət davam edəcək”.
Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb.
Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara "Instaqram"ın qadağa qoyması göstərilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net