Menyu

İsrail ordusu “Hizbullah”ın komandirini məhv edib

Əsəd Abbaslı
İsrail ordusu “Hizbullah”ın komandirini məhv edib

 

İsrail ordusu Livanın cənubundakı “Hizbullah” təşkilatının “Radvan” xüsusi təyinatlı qüvvələrinin komandiri Əli Camaləddin Cavadın hava zərbəsi ilə məhv edildiyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, Hərbi Hava Qüvvələrinin əməliyyatı Ebba bölgəsində həyata keçirilib. 

Departament qeyd edib ki, Cavadın məhv edilməsi “Hizbullah”ın Livanın cənubundan İsrailin şimalına qarşı terror fəaliyyəti həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə daraldır.

Bundan əlavə, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qonşu ölkənin cənubunda yerləşən Kfarkela bölgəsində təşkilatın hərbi hissəsinə və terror obyektinə hücum etdiyi bildirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər