Britaniyada iğtişaşlar başlayandan bəri 430 nəfərə yaxın şəxs saxlanılıb
Nərmin Qocamanlı
İngiltərənin Sautport şəhərində uşaqlara bıçaqla hücumdan sonra başlayan iğtişaşlardan sonra 430 nəfər saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə İngiltərə Milli Polis Rəisləri Şurasının (NPCC) saytında məlumat dərc olunub.
“Təxminən 120 nəfərə qarşı ittiham irəli sürülüb, 428 nəfər həbs edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərinin birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Sosial mediada hadisəni törədən yeniyetmənin miqrant olması barədə xəbərlərin yayılmasından sonra Britaniyada radikal sağçı qruplar miqrantlara qarşı aksiyalara başlayıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net