Rusiya XİN: Xəzəryanı ölkələr inkişaf məsələlərini müstəqil həll etməlidir
Nərmin Qocamanlı
Xəzəryanı dövlətlər bu ərazinin inkişafı ilə bağlı məsələləri müstəqil həll etməli və onlara kənar müdaxilələrə yol verməməlidirlər.
"Operativ Media" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mixail Petrakov bildirib.
“Rusiya tərəfi Xəzər dənizində əməkdaşlığa böyük diqqət yetirir. Bu, Avrasiyanın mərkəzində yerləşən unikal, çox mühüm regiondur, biz Xəzəryanı dövlətlər arasında unikal məsuliyyət daşıyan hərtərəfli qarşılıqlı əlaqəni güclü şəkildə dəstəkləyirik və inkişaf etdiririk. Regionun inkişafı və Xəzər dənizi ilə bağlı məsələlər kənar müdaxilə olmadan müstəqil həll edilməlidir”, - Petrakov bildirib.
O qeyd edib ki, 2018-ci ildə beş Xəzəryanı dövlətin prezidentləri məhz bu barədə razılığa gəliblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net