Menyu

Özbəkistan xaricdən qaz alışını 5 dəfə artırıb

Nərmin Qocamanlı
Özbəkistan xaricdən qaz alışını 5 dəfə artırıb

İyul ayında Özbəkistana 174,2 milyon dollarlıq qaz idxal edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Statistika Agentliyi məlumat yayıb.

Bu ilin yanvar-iyul aylarında ölkəyə 983,7 milyon dollarlıq təbii qaz idxal edilib. 2023-cü ilin müvafiq dövründə bu rəqəm 201 milyon dollar olub. Yəni, 7 ay ərzində qaz idxalının dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə artıb.

Ölkədə qaz idxalının artmasına baxmayaraq, qazın ixracı dayandırılmayıb. Ötən ay 91,7 milyon dollarlıq qaz ixracı həyata keçirilib. Bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 1,3 dəfə çoxdur. Yəni, ötən ilin iyul ayında 63,9 milyon dollarlıq qaz ixrac edilib.

2024-cü ilin yanvar-iyul aylarında respublika 323,1 milyon dollarlıq qaz ixrac edib. 2023-cü ilin müvafiq dövründə bu rəqəm 341,9 milyon dollar olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər