İyul ayında Özbəkistana 174,2 milyon dollarlıq qaz idxal edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Statistika Agentliyi məlumat yayıb.
Bu ilin yanvar-iyul aylarında ölkəyə 983,7 milyon dollarlıq təbii qaz idxal edilib. 2023-cü ilin müvafiq dövründə bu rəqəm 201 milyon dollar olub. Yəni, 7 ay ərzində qaz idxalının dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə artıb.
Ölkədə qaz idxalının artmasına baxmayaraq, qazın ixracı dayandırılmayıb. Ötən ay 91,7 milyon dollarlıq qaz ixracı həyata keçirilib. Bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 1,3 dəfə çoxdur. Yəni, ötən ilin iyul ayında 63,9 milyon dollarlıq qaz ixrac edilib.
2024-cü ilin yanvar-iyul aylarında respublika 323,1 milyon dollarlıq qaz ixrac edib. 2023-cü ilin müvafiq dövründə bu rəqəm 341,9 milyon dollar olub.
Teqlər:
"\u00d6zb\u0259kistan xaricd\u0259n qaz al\u0131\u015f\u0131n\u0131 5 d\u0259f\u0259 art\u0131r\u0131b"