Menyu

NYT: Livanda peycerlərin partladılması əməliyyatının arxasında İsrail dayanır

Nərmin Qocamanlı
NYT: Livanda peycerlərin partladılması əməliyyatının arxasında İsrail dayanır

Livanda peycerlərin partladılması əməliyyatının arxasında İsrail dayanır. 

"Operativ Media" xəbər verir ki, bu barədə  Amerika rəsmilərinə istinadən The New York Times (NYT) məlumat yayıb.

Məlumata görə, israillilər Tayvan istehsalı olan peycerlərin yeni partiyasında “partlayıcı qurğu gizlədiblər”. Qeyd edildiyi kimi, cihazlar Livana gətirilməzdən əvvəl dəyişdirilib.

Nəşr qeyd edir ki, partlayıcı qurğu akkumulyatorun yanında quraşdırılıb, həmçinin peyceri uzaqdan partlatmaq üçün istifadə oluna bilən daxili açar da olub.

Bundan əvvəl CNN də Livandakı partlayışların “İsrail kəşfiyyatı və İsrail ordusunun birgə əməliyyatının” nəticəsi olduğunu bildirmişdi. Eyni zamanda televiziya şirkəti hesab edir ki, görünməmiş hücum Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb ola bilər.

Qeyd edək ki, hadisə nəticəsində İranın Livandakı səfiri də daxil olmaqla 3000-ə yaxın şəxs yaralanıb, ölənlər var.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər