İran Prezidenti Qətər əmiri ilə görüşəcək
Əsəd Abbaslı
İran Prezidenti Məsud Pezeşkian Qətərdə rəsmi səfərdədir.
"Operativ Media" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bu, Pezeşkianın İran Prezidenti vəzifəsinə başladıqdan sonra ərəb ölkəsinə ilk səfəridir. Onun bu gün Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcəyi planlaşdırılır.
Pezeşkianın oktyabrın 3-də Qətərdə Asiya Əməkdaşlıq Dialoqunun üçüncü sammitində iştirak edəcəyi gözlənilir. 2023-cü ilin oktyabr ayından təşkilata İran sədrlik edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net