Pərviz Şahbazov Braziliyada Böyük Britaniya ilə enerji tərəfdaşlığını müzakirə edib
Nərmin Qocamanlı
Energetika naziri Pərviz Şahbazov Braziliyada Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin “Enerji Təhlükəsizliyi və Xalis Sıfır” departamentində dövlət katibinin müavini Keri Makkarti ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri öz "X" hesabında paylaşım edib.
"Təmiz enerji|yə keçid üzrə Böyük Britaniya ilə tərəfdaşlığımızda BP ilə həyata keçirilən “Şəfəq” layihəsi, eləcə də COP29 Sədrliyinin enerji təşəbbüsləri və Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təklifləri ilə bağlı müzakirələr apardıq", - nazir qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma