Ruandada Marburq virusundan 11 nəfər ölüb
Əsəd Abbaslı
Ruandada Marburq virusuna yoluxma ilə bağlı 36 hal müəyyən edilib, onlardan 11-i ölümcül olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
“Hazırda ölkənin 30 rayonundan 7-də təsdiqlənmiş 36 yoluxma, eləcə də 11 ölüm halı var”, - o deyib.
ÜST rəhbəri əlavə edib ki, 25 xəstə təcrid olunub və onlara tibbi yardım göstərilir, onlarla təmasda olan 300 nəfər isə nəzarət altında saxlanılır.
Xatırladaq ki, bu həftənin əvvəlində ÜST Ruandada ölümcül Marburq virusunun yayılması riskini milli səviyyədə çox yüksək qiymətləndirdiyini açıqlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net