Qəzzada daha 113 nəfər həlak oldu
Gozel Həşimova
Qəzza zolağında son 24 saatda daha 113 insan həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində bölgədə 10 nəfərin aclıq və qida çatışmazlığından öldüyünü, bununla da aclıqdan ölənlərin sayının 111-ə çatdığını bildirib. Nazirlik həmçinin Qəzza zolağında son 24 saat ərzində xəstəxanalarda 113 ölüm və 534 yaralanmanın qeydə alındığını təsdiqləyib.
Beləliklə, İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlar nəticəsində həlak olan fələstinlilərin sayının 59 min 219 nəfərə çatdığı, 143 min 45 nəfərin isə yaralandığı bildirilib.
Gözəl Azadəliyeva
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net