Qəzzada daha 113 nəfər həlak oldu

Gozel Həşimova
Qəzzada daha 113 nəfər həlak oldu

Qəzza zolağında son 24 saatda daha 113 insan həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində bölgədə 10 nəfərin aclıq və qida çatışmazlığından öldüyünü, bununla da aclıqdan ölənlərin sayının 111-ə çatdığını bildirib. Nazirlik həmçinin Qəzza zolağında son 24 saat ərzində xəstəxanalarda 113 ölüm və 534 yaralanmanın qeydə alındığını təsdiqləyib.

Beləliklə, İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlar nəticəsində həlak olan fələstinlilərin sayının 59 min 219 nəfərə çatdığı, 143 min 45 nəfərin isə yaralandığı bildirilib.

 

Gözəl Azadəliyeva

Digər xəbərlər