Türkiyədə təyyarə qəzaya uğrayıb
Əsəd Abbaslı
Adanada yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.
Operativ Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Adana valisi Yavuz Səlim Köşger məlumat verib.
Onun sözlərinə görə, özəl aviasiya şirkətinə məxsus təyyarə yerli vaxtla 19:20-də eniş zolağında qəzaya uğrayıb.
Təyyarədə olan iki nəfər yaralanıb. Xəsarət alanların vəziyyətinin ağır olduğu və xəstəxanaya aparıldığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net