Xankəndidə kafedə yanğın olub
Operativ Media
Xankəndi şəhərində yerləşən kafelərdən birində yanğın baş verib.
Operativ Media xəbər verir ki, hadisə Gəncə Təndiri yaxınlığında yerləşən "Turan" kafesində qeydə alınıb.
Yanğın zamanı kafedə köməksiz vəziyyətdə qalan iki nəfər hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Kafenin müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alan işçiləri; 1983-cü il təvəllüdlü Zibeydə Əsədova və 1997-ci il təvəllüdlü Fidan Qafarova xəstəxanaya yerləşdiriliblər.
Yanğın nəticəsində kafenin mətbəx hissəsi 15 kvadratmetr sahədə yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net