Ana səhifə / İdman / "Fənərbaxça" bombardiri ilə vidalaşır "Fənərbaxça" bombardiri ilə vidalaşır 23.02.2023, 19:02 Əziz Əzizli Türkiyə Super Liqası təmsilçisi "Fənərbaxça"nın hücumçusu Enner Valensiya mövsüm sonunda komandasını dəyişəcək. "Operativ Media" xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romana məlumat verib. Ekvadorlu hücumçunun mövsüm sonunda "İnternasional" klubuna transfer olacağı gözlənilir. Qeyd edək ki, Valensiya bu mövsüm Türkiyə Super Liqasında 20 qol vurmağı bacarıb. Teqlər: "\"Fənərbaxça\" bombardiri ilə vidalaşır"