Fərid Qayıbov Dünya Taekvondo Federasiyasının baş katibi ilə görüşüb - FOTO
Əziz Əzizli
Fevralın 24-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Dünya Taekvondo Federasiyasının baş katibi Cankan Sio ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, Gənclər və idman naziri qonağa Azərbaycanda idmançılara göstərilən diqqət və qayğı barədə məlumat verib.
Görüşdə mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına hazırlıq məsələləri müzakirə edilib. Cankan Sio qeyd edib ki, idman tədbirləri sahəsində böyük təcrübəsi olan Azərbaycan bu nüfuzlu yarışın da öhdəsindən uğurla gələcək.
Görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev də iştirak ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net