25 Fevral 2023, 13:29
Musa Qurbanlı: "Uğursuzluq hər zaman dərs olur"

"Qarabağ"ın futbolçusu Musa Qurbanlı sosial şəbəkə hesabında paylaşım edib.
"Operativ Media" xəbər verir ki, hücumçu Konfrans Liqasının pley-off mərhələsinin "Gent"lə cavab oyunundan foto paylaşaraq, bunları yazıb:
"Uğursuzluqlar hər zaman dərs olur. Əlimizdən gələni etdik, amma alınmadı. Başımızı dik tutacağıq. Daha çox mübarizə aparıb, komanda olaraq daha güclü qayıdacağıq".
"Qarabağ" ilk oyunda Bakıda "Gent"i məğlub etsə də, cavab matçında Belçika təmsilçisinə uduzub (0:1, penaltilər 3:5) və mübarizəni dayandırıb.