Açıq Avropa turnirinin ikinci günü 2 Azərbaycan cüdoçusu tatamiyə çıxacaq
"Operativ Media" xəbər verir ki, Polşanın paytaxtı Varşava şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turniri davam edir. Turnirin ikinci günü qadınların yarışında -70 kq. çəkidə Günel Həsənli və -78 kq. çəkidə Aytəkin Paşazadə medallar uğrunda mübarizə aparacaq. İlkin görüşlər saat 12:00-da başlayacaq.






