Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunan şahmat turniri keçirilib
Əziz Əzizli
Azərbaycan Şahmat Federasiyasının Uşaq və Gənclər Komissiyası Xocalı Soyqırımının qurbanlarının xatirəsinə həsr olunan rapid turniri təşkil edib.
"Operativ Media" xəbər verir ki,Ayan Allahverdiyevanın hakimliyi ilə keçirilən yarışda 7 turdan sonra 4 şahmatçı 5,5 xal toplayıb.
Əlavə göstəricilərə görə rəqibləri qabaqlayan Xəzər Babazadə turnirin qalibi adını qazanıb. Məhəmməd Muradlı ikinci, Murad İbrahimli üçüncü yeri tutub. Vüqar Manafov yarışı dördüncü yerdə başa vurub.
Teqlər:
"Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunan şahmat turniri keçirilib"