Lionel Messi klub karyerasının 700-cü qolunu vurdu
Əziz Əzizli
Lionel Messi PSJ-nin "Marsel"i 3:0 hesabı ilə məğlub etdiyi matçda klub karyerasında 700-cü qolunu vurub.
"Operativ Media" xəbər verir ki, Fransa Liqa 1-in 25-ci həftəsində PSJ səfərdə "Marsel"in qonağı olub.Paytaxt komandası 25 və 55-ci dəqiqələrdə Mbappenin, 29-cu dəqiqədə Messinin qolları ilə 3:0 hesablı qələbə qazanıb.
Bu qələbə ilə xallarını 60-a yüksəldən PSJ liderliyini davam etdirib. 52 xalı olan "Marsel" PSJ-ni izləməyə davam edib. PSJ-nin argentinalı ulduzu Messi klub karyerasında 700-cü qolunu vurub. Kilyan Mbappe PSJ-də 200 qol vuraraq Edinson Kavaninin rekorduna şərik oldu.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net