28 Fevral 2023, 00:11
"Borussiya Dortmund" son 94 gündə bir matçda uduzub

Almaniya Bundesliqasında çempionluq yarışı davam edir. Son olaraq səfərdə “Hoffenhaym”ı 1:0 hesabı ilə məğlub edən "Borussiya Dortmund" lider "Bayern Münhen"lə bərabər xalla zirvəni bölüşür.
"Operativ Media" xəbər verir ki, 8 və 11 noyabr 2022-ci il tarixlərində liqada 2 məğlubiyyət alan "Borussiya Dortmund" daha sonra 3 hazırlıq və 10 rəsmi oyun keçirib.
Dortmund "Borussiya"sı oynadığı 3 yoldaşlıq görüşündə təkcə Vyetnama 2:1 hesabı ilə məğlub olub.
Daha sonra Dortmund təmsilçisi 8 liqa oyunu, 1 Çempionlar Liqası və 1 Almaniya Kuboku da daxil olmaqla bütün oyunlarında qalib gəlib.