Menyu

İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü olub- YENİLƏNİB

Şəfa Hüseynli
İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü olub- YENİLƏNİB

Oktyabrın 10-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

Operativ Media xəbər verir ki, söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlandı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunuldu.

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edildi.

Görüşdə Azərbaycan və Tacikistan prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğuladılar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.
 

***
10:04

Oktyabrın 10-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Teqlər:

"\u0130lham \u018fliyevin Emom\u0259li R\u0259hmon il\u0259 t\u0259kb\u0259t\u0259k g\u00f6r\u00fc\u015f\u00fc olub- YEN\u0130L\u018fN\u0130B"

Fotogalereya

Əlaqəli Xəbərlər