Menyu

Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib

Operativ Media
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
1 dəq oxu

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli fırtınalı şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 16-sı gündüzədək davam edəcək.

Bu günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-35 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü 3-4 metrə, sonrakı inkişafda isə 5,5-7,5 metrə çatacağı proqnozlaşdırılır.

Əlaqəli Xəbərlər