Menyu

Fransada etirazlara 106 min nəfər qatılıb, 121 nəfər saxlanılıb

Nicat Hüseynli
Fransada etirazlara 106 min nəfər qatılıb, 121 nəfər saxlanılıb
1 dəq oxu

Fransanın bir sıra şəhərlərində bahalaşmaya qarşı keçirilən aksiyalarda polis nümayişçilərə bibər qazı ilə müdaxilə edib. Rəsmi məlumatlara görə, aksiyalara 106 min nəfər qatılıb, 121 nəfər saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Bildirilib ki, etirazlar həmkarlar ittifaqları və “Sarı jiletlilər”in çağırışı ilə Paris, Lyon, Ruan və digər şəhərlərdə keçirilib.

Nümayişçilər yaşayış xərclərinin azaldılmasını və təhsil büdcəsinin artırılmasını tələb ediblər. Həmkarlar ittifaqları aksiyalarda 200 min nəfərin iştirak etdiyini açıqlayıblar.

Əlaqəli Xəbərlər