Menyu

Nigeriyada difteriya epidemiyası ilə mübarizədə dərman çatışmazlığı yaranıb

Operativ Media
Nigeriyada difteriya epidemiyası ilə mübarizədə dərman çatışmazlığı yaranıb
1 dəq oxu

Nigeriyada difteriya epidemiyası fonunda xəstəliyin müalicəsində istifadə olunan antitoksin ehtiyatları kritik həddə düşüb. Bu il noyabrın 7-dək ölkədə 28 151 yoluxma və 1 126 ölüm qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, dərman çatışmazlığı səbəbindən tibbi briqadalar xəstələrin müalicəsini məhdudlaşdırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Nigeriyada 2022–2025-ci illərdə 42 mindən çox difteriya yoluxması qeydə alınıb, təxminən 1 400 nəfər həyatını itirib. Xəstəlik əsasən boğaz və burun nahiyəsini zədələyir, ağır hallarda isə ölümə səbəb ola bilir.

Əlaqəli Xəbərlər