Menyu

Türkiyə ilə Sinqapur arasında JETCO Protokolu imzalanıb

Şəfa Hüseynli
Türkiyə ilə Sinqapur arasında JETCO Protokolu imzalanıb
1 dəq oxu

Türkiyənin ticarət naziri Ömər Bolat və Sinqapurlu həmkarı Qreys Fu tərəfindən JETCO Protokolu imzalanıb.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, protokol hər iki ölkənin tamamlayıcı xüsusiyyətlərindən istifadə etməklə üçüncü ölkələrdə ticarət, investisiya və birgə layihə əməkdaşlığını daha da inkişaf etdirməyi hədəfləyir.

Bolat ticarət, investisiyalar, rəqəmsal iqtisadiyyat, yaşıl transformasiya, enerji, logistika və maliyyə kimi sahələrdə əməkdaşlıq sahələrini konkret layihələrə çevirməyi hədəfləyə biləcəklərini bildirib.

Əlaqəli Xəbərlər