Menyu

Almaniyada əyləncə parkında 15 nəfər xlordan zəhərlənib

Şəfa Hüseynli
Almaniyada əyləncə parkında 15 nəfər xlordan zəhərlənib
1 dəq oxu

Almaniyanın qərbindəki Brühl şəhərindəki əyləncə parkında 15 nəfər xlordan zəhərlənib.

Operativ Media xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, xlor sızmasına parkın içərisində yerləşən hotel hovuzundakı texniki nasazlıq səbəb olub.

Zərərçəkənlər tənəffüs yollarının qıcıqlanması və boğaz ağrısından şikayətləniblər. Dörd nəfər xəstəxanaya aparılıb, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib.

Əlaqəli Xəbərlər