Menyu

BMT Hörmüz boğazının gübrə daşımaları üçün açılmasına çağırıb

Nicat Hüseynli
BMT Hörmüz boğazının gübrə daşımaları üçün açılmasına çağırıb
1 dəq oxu

BMT İran və ABŞ-ni gübrə daşımalarının Hörmüz boğazından keçidinə icazə verməyə çağırıb. Təşkilat xəbərdarlıq edib ki, 45 milyon insan ərzaq qıtlığı ilə üzləşə bilər.

Operativ Media xəbər verir ki, bu barədə BMT-nin Layihə Xidmətləri Ofisinin rəhbəri Xorxe Moreyra da Silva COP31 konfransında bildirib.

Onun sözlərinə görə, münaqişədən əvvəl dünya gübrə tədarükünün üçdə biri Hörmüz boğazından keçirdi, mövcud məhdudiyyətlər isə qiymətlərin 30 faiz artmasına səbəb olub.

BMT rəsmisi gündəlik gübrə daşıyan beş gəminin keçidinin təmin edilməsini təklif edib. O, həmçinin daha 30 milyon insanın yoxsulluq riski ilə üzləşə biləcəyini bildirib.

Əlaqəli Xəbərlər