Bazarda bəzi balıq növləri bahalaşıb - VİDEO
Son bir həftədə bazarlarda bəzi balıq növlərinin, xüsusilə İrandan gətirilən forelin qiyməti artıb. Bahalaşma kiloqram üzrə 1-3 manat arasında dəyişir.
Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəl 12-13 manata satılan forelin qiyməti hazırda 14-15 manata yüksəlib. Yerli balıqların qiymətində isə ötən illə müqayisədə ciddi dəyişiklik yoxdur.
Hazırda Dağıstan sazanının kiloqramı 10, sudakın 15, xanının 7, belamorun isə 10 manatdır. Xəzər kütümünün qiyməti ölçüsündən asılı olaraq 22-25 manat arasında dəyişir.
Satıcılar qiymət artımının satışlara mənfi təsir etdiyini, alıcılıq qabiliyyətinin ötən illə müqayisədə zəiflədiyini bildirirlər. Onların fikrincə, xaricdən balıq tədarükü artarsa, qiymətlərdə enmə ola bilər.
Ətraflı videoda: