Menyu

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

Operativ Media
Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb
1 dəq oxu

Sabunçu rayonu Ramana qəsəbəsində bir nəfər polisə müraciət edərək avtomobilindən 6000 manat nağd pul və bank kartlarının oğurlanmasını bildirib.

Operativ Media xəbər verir bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polisin keçiridiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək qeyd edilən hadisəni törədib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər