Menyu

"Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb

Operativ Media
"Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb
1 dəq oxu

"Naxçıvan" voleybol klubu Azərbaycan Superliqasında ardıcıl ikinci qələbəsini qazanıb.

Operativ Media  xəbər verir ki, qadın voleybolçular arasında keçirilən ölkə çempionatının II turunda "Naxçıvan" VK növbəti qələbəyə sevinib.

Komanda səfərdə "Gəncə" VK ilə qarşılaşıb. "Gəncə" İdman Sarayında keçirilən gərgin mübarizə şəraitində keçən görüşdə Naxçıvan təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edib.

Oyunun taleyi tay-brekdə həll olunub. Setlər üzrə hesab belə olub: 29:27, 17:25, 9:25, 25:18, 8:15.

Beləliklə, "Naxçıvan" VK Super Liqada ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.

Əlaqəli Xəbərlər