Menyu

Cənubi Sudanda prezident seçkiləri fevral ayına qədər təxirə salınıb

Operativ Media
Cənubi Sudanda prezident seçkiləri fevral ayına qədər təxirə salınıb
1 dəq oxu

Cənubi Sudanda 22 dekabr 2026-cı il tarixinə təyin olunmuş prezident və parlament seçkiləri 11 fevral 2027-ci il tarixinə təxirə salınıb.

Operativ Media xəbər verir ki, bu barədə Cənubi Sudanın Seçki Komissiyası (NEC) məlumat yayıb.

Məlumata görə, namizədlərin irəli sürülməsi prosesi 29 noyabrda başlayacaq. Namizədlərin son siyahısının 18 yanvar 2027-ci ildə açıqlanması planlaşdırılır. Seçki kampaniyası 45 gün davam edəcək.

Əlaqəli Xəbərlər