Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib
Operativ Media
“Şamaxinka” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik hissəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi saatda 100 km-dən 90 km-ə endirilib.
Bu barədə Operativ Media-ya Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
"Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik."-məlumatda bildirilib.