Menyu

Qurban Qurbanov: "Hazırlaşmaq üçün çox vaxtımız olmadı"

Operativ Media
Qurban Qurbanov: "Hazırlaşmaq üçün çox vaxtımız olmadı"

UEFA Çempionlar Liqasındakı oyun "Qarabağ" üçün çox vacibdir.

Operativ Media-nın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sakit matça hazırlaşmışıq. Az vaxtdan səmərəli istifadə etdik. Futbolçuları fiziki baxımdan hazırlamalı idik. Meydanda intizamlı kollektivlər görəcəyik".

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər