Honkonqda yaşayış binasında yanğın baş verib, 36 nəfər ölüb
Operativ Media
Honkonqda təxminən 2000 mənzilin olduğu səkkiz bloklu nəhəng yaşayış kompleksində yanğın baş verib.
Operativ Media xəbər verir ki, Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinin baş icraçı direktoru Con Li Ka-çiu bildirib ki, yanğında 36 nəfər ölüb, 29 nəfər yaralanıb.
Onlardan 7-si ağır vəziyyətdədir və 279 nəfərdən hələ də xəbər yoxdur.
Yanğın kompleksdə təmir üçün binaların xarici hissəsinə quraşdırılmış bambuk lövhələr səbəbindən sürətlə yayılıb.