Menyu

Gürcüstanda naməlum şəxs insanlara atəş açıb

Operativ Media
Gürcüstanda naməlum şəxs insanlara atəş açıb

Gürcüstanın Kutaisi şəhərində naməlum şəxs insanlara atəş açaraq hadisə yerindən qaçıb. 

Operativ Media xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Hadisə zamanı yaralanan şəxslər xəstəxanaya çatdırılıb, onlardan biri aldığı yaralardan ölüb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayətkarın müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Əlaqəli Xəbərlər