"Barselona"nın hücumçusu zədələndi
Operativ Media

"Barselona"nın hücumçusu Ferran Torres zədələnib.
Operativ Media jurnalist Xavi Migelə istinadən xəbər verir ki, ispan futbolçu Çexiyaya getməyəcək və Çempionlar Liqasında "Slaviya" ilə səfər oyununda iştirak etməyəcək. Üstəlik, Torresin qarşıdakı La Liqa oyununu da buraxma ehtimalı yüksəkdir.
"Slaviya" - "Barselona" matçı 21 yanvar çərşənbə günü keçiriləcək. Hans Flikin komandası 25 yanvar bazar günü "Real Oviedo"nu qəbul edəcək.
Torres bu mövsüm "mavilər"in heyətində 27 oyun keçirib, 15 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Ferranla yanaşı, Yamal da cəza səbəbindən "Slaviya" ilə oyunu buraxacaq.