Menyu

Sloveniyanın Baş naziri Trampdan "Sülh Şurası"na qoşulmaq üçün dəvət alıb

Operativ Media
Sloveniyanın Baş naziri Trampdan "Sülh Şurası"na qoşulmaq üçün dəvət alıb

Sloveniyanın Baş naziri Robert Qolob ABŞ Prezidenti Donald Trampdan Qəzza zolağının idarə olunması məqsədilə yaradılması nəzərdə tutulan “Sülh Şurası”na qoşulmaq üçün dəvət alıb.

Operativ Media xəbər verir ki, bu barədə Sloveniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Qolob ABŞ Prezidenti Donald Trampdan sözdə "Sülh Şurası"na qoşulmaqla bağlı dəvət alıb”,- deyə məlumatda qeyd edilib.

Sloveniya Mətbuat Agentliyinin respublikanın Nazirlər Kabinetindəki mənbələrə istinadən verdiyi məlumata əsasən, Qolob “Sülh Şurası”nın fəaliyyətində iştirak etmək ideyasını dəstəkləmir.

Bildirilir ki, bundan əvvəl bir neçə ölkənin lideri də ABŞ tərəfindən həmin quruma qoşulmaq təklifi alıb. Şuranın fəaliyyətinə 2025-ci ilin oktyabrında İsrail və radikal Fələstin HƏMAS hərəkatı arasında Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə razılaşdırılmış sülh planının ikinci mərhələsi çərçivəsində başlanması nəzərdə tutulur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin də “Qəzza üzrə Sülh Şurası”na qoşulmaq üçün dəvət alıb və bu məsələ hazırda nəzərdən keçirilir.

Əlaqəli Xəbərlər