Menyu

Moldova hökuməti MDB-ni tərk etməyə imkan verən hüquqi prosesi başladıb

Operativ Media
Moldova hökuməti MDB-ni tərk etməyə imkan verən hüquqi prosesi başladıb

Moldova Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmasına imkan verəcək əsas müqavilələrin ləğvi prosesinə başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazirin müavini və xarici işlər naziri Mihay Popşoy Moldova Radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moldova MDB-yə üzvlüyün əsasını təşkil edən üç əsas sənədin — MDB Nizamnaməsinin, MDB-nin yaradılması haqqında Sazişin və həmin sazişə əlavə edilmiş müvafiq protokolun denonsasiyasına start verib. “Bu sənədlər rəsmi qaydada ləğv edildikdən sonra ölkəmiz MDB-nin üzvü statusunu itirəcək. Halbuki Moldova təşkilatda faktiki iştirakını daha əvvəl dayandırmışdı. Sənədlər yekun təsdiq üçün parlamentə təqdim ediləcək”, – deyə Baş nazirin müavini qeyd edib.

Popşoy bildirib ki, hökumət denonsasiya prosesini fevralın ortalarına qədər başa çatdırmağı planlaşdırır. “Bundan sonra parlament müvafiq qərar qəbul edərək onu təsdiq üçün prezidentə təqdim edəcək”, – deyə o əlavə edib.

Əlaqəli Xəbərlər