Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya səfər edib.
Operativ Media xəbər verir ki, nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, iqtisadiyyat naziri Gevorq Papoyan, Ermənistan-Almaniya parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Vardanyan və başqaları daxildir.
Dekabrın 10-da Nikol Paşinyan Hamburqa yola düşəcək və orada vilayətin rəhbəri Peter Çençerlə görüşəcək.